RU

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi

Azərbaycanın Milli Qəhrəman Şahin Tağıyev infarkt keçirib.

Publika.az "Modern"ə istinadla xəbər verir ki, bu barədə Milli Qəhrəmanın hazırda İsveçdə yaşayan yaxınları bildiriblər.

“Şahin Tağıyev üç gün öncə beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib”, - ailə üzvləri Milli Qəhrəman haqqında danışarkən deyiblər.

Qeyd edilib ki, hazırda onun vəziyyəti stabildir və xəstəxanada müalicə alır.

“İlk gün isə vəziyyəti kritik ağır idi. Allaha şükür ki, həyatdadır və ümid edirik ki, o, yaxın günlərdə tamamilə sağalıb öz evinə dönəcək”.

Qeyd edək ki, Şahin Tağıyev hazırda həyatda olan 16 Milli Qəhrəmandan biridir.

Hazırda Azərbaycanın 218 Milli Qəhrəmanından 16 nəfəri sağdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
54
7
publika.az

9Источники