RU

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar - FOTO

Polşanın Vroclav Biznes Universitetinin professorları Milevski “Erasmus+ KA1” mübadilə proqramı çərçivəsində Bakı Mühəndislik Universitetində (BMU) olublar.

Tehsil.biz xəbər verir ki, universitetin kampusu, maddi-texniki bazası, laboratoriyaları ilə yaxından tanış olan polşalı professorlar müəllim və tələbə heyəti ilə görüşüb, müxtəlif mövzularda müzakirələr aparıblar. Eyni zamanda, professor İzabella Qruzska İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrinə “Polşanın əsas turistik yerləri”, professor Radosłav Milevski isə Mühəndislik fakültəsinin tələbələrinə “Qara qu quşu dövründə logistika” mövzusunda mühazirə oxuyub.

Polşalı alimlərin ali təhsil sahəsində layihə üzrə tərəfdaşların davamlı inkişafının təşviqi, həmçinin mədəni mübadilə, akademik zənginləşmə və beynəlxalq əlaqələri genişləndirmək məqsədi daşıyan səfəri bir həftə davam edəcək.

Xatırladaq ki, BMU “Erasmus” proqramı çərçivəsində Vroclav Biznes Universiteti ilə yanaşı, Avropanın bir çox ali təhsil müəssisələri ilə tərəfdaşlıq edir.







 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
59
3
tehsil.biz

4Источники