Omanın ONA xəbər agentliyinin məlumatına görə, ölkədə bazar günündən bəri davam edən güclü yağış və güclü küləklərin təsirləri sona çatıb.Ölkənin Mahut və Səham əyalətlərində daşqınlar nəticəsində həyatını itirən 2 nəfərin cəsədinin tapıldığı bildirilib.Sel fəlakətində ölənlərin sayının 21-ə yüksəldiyi, itkin düşən iki nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.ONA daha əvvəl xəbərlərdə yardım əməliyyatları zamanı polis vertolyotları ilə 1630 vətəndaşın xilas edildiyini, 630 nəfərin təxliyyə edildiyini, 202 axtarış-xilasetmə uçuşu əməliyyatının həyata keçirildiyini açıqlamışdı.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Страницы
- Рейтинг
- Погода
- Валюта