RU

Mağarada xəzinə axtaran 3 şəxsin cansız bədəni aşkarlandı - VİDEO

Bursanın İznik bölgəsində 5 metr uzunluğundakı mağarada xəzinə axtaran 3 şəxs ölüb.   Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, onlar generatordan sızan qaz nəticəsində vəfat ediblər. Hadisə yerinə polis və təcili yardım maşını çağırılıb. Araşdırmalar zamanı xəzinəni ata-oğul və dostunun axtardığı məlum olub. Teyfik Özdemir (68) və Okan Özdemir (42) ata-oğul, İbrahim Ergün (38) isə onların dostu olub. Hadisə gecə saatlarında yaşanıb. Ailəsi onlardan xəbər ala bilmədikdə məhəllə bələdiyyəsinə xəbər verib. Səhər saat 08-00 radələrində onların mağarada cansız bədənləri aşkar edilib. Bədbəxt hadisə ilə bağlı cinayət işi açılıb. Detallı şəkildə araşdırılaraq başqa şəxslərin hadisə ilə əlaqəsi olub-olmadığı müəyyən ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
1
manset.az

2Источники