Rusiya Federasiyası hücum etsə, Estoniya Rusiya şəhərlərini vuracaq.
Publika.az “Delfi”-yə istinadən xəbər verir ki, bu açıqlama ilə respublikanın Müdafiə Qüvvələrinin komandanı Martin Herem çıxış edib.
Onun fikrincə, Rusiya müharibəyə hazırlaşır.
"Mənim buna zərrə qədər də şübhəm yoxdur", - hərbi məmur deyib. O qeyd edib ki, Rusiya Estoniya Respublikasına hücum edərsə, o zaman dövlət qüvvələri İvanqorod, Peçoriya və digər yerlərdə infrastrukturu məhv edəcək.