RU

Yaşar Nəcəfovdan iddialı açıqlama: “Medalsız qayıtmayacam”

“Avropa çempionata hazırlıq yüksək səviyyədə gedir”.

Bunu İdman.bizə Azərbaycan millisinin cüdoçusu Yaşar Nəcəfov (66 kq) deyib.

O bildirib ki, Zaqrebdə keçiriləcək Avropa çempionatında uğur qazanmaq üçün səhər-axşam durmadan məşq edirlər: “Çempionata yollanacaq hər bir cüdoçumuzun arzusu və məqsədi var. Buna görə də əlimizdən gələnin artığını etməyə çalışırıq. Bu yarışa çox yaxşı şəkildə hazırlaşmışam, özümü tam formada hiss edirəm”.

Nəcəfovun sözlərinə görə, Avropa çempionatına hədəfi fəxri kürsüdə yer almaqdır: “Buraya zəif idmançı gəlmir. Amma özümə və medal qazanacağıma inanıram. Mükafatsız qayıtmayacam. Çempion olacağıma ümid edirəm. Ən başlıca məqsədim isə Paris-2024 Yay Olimpiya Oyunlarıdır. Orda da sözümü deyəcəm”.

Qeyd edək ki, Avropa çempionatı aprelin 25-27-də Xorvatiyanın paytaxtı Zaqrebdə baş tutacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
55
idman.biz

1Источники