Şirvan suvarma kanalının əhəmiyyətini vurğulayan möhtərəm Prezidentimiz xüsusilə vurğulayıb ki, üç ildən sonra, 2027-ci ilin sonuna qədər Şirvan kanalının da açılışı keçiriləcək. Qeyd edilib ki, kanalın istifadəyə verilməsindən sonra ərazidə əkin sahələri iki dəfədən çox artırılacaqdır. Prezident İlham Əliyev bildirib ki, “İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi Hacıqabul gölü olacaq. Hacıqabul gölü də 10 ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır”.
Dövlət başçısı bu layihənin timsalında qeyd etdi ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Son illər ərzində əsas infrastruktur layihələri icra edildi. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırdı. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini verir. Əvvəlki illərdə bu sahəyə aid bir çox böyük layihələr icra edilib. İlk növbədə, Taxtakörpü-Ceyranbatan suvarma kanalı qeyd edilir. Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihədir. Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsi idi. Beləliklə, həm şimal, həm qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılmışdır.
“Bu layihə ilə biz bu sahəyə yeni nəfəs gətiririk”, - deyən dövlət başçısı gələn il Qarabağ kanalının inşasına başlanılacağını vurğulayıb. “Bu da 115 min hektarı əhatə edəcək kanaldır. Orada da əhatə olunan rayonların sayı 9-a bərabərdir. Yəni burada 10 rayon Şirvan kanalı vasitəsilə, 9 rayon isə Qarabağ kanalı vasitəsilə suvarılacaq”, - deyə Prezident İlham Əliyev qeyd edib.
Bütün bunlar bir daha onu deməyə əsas verir ki, həyata keçirilmiş və gələcək onilliklərdə nəzərdə tutulan tədbirlər dövlət başçısı İlham Əliyevin meliorasiya sahəsinə diqqət və qayğısının əyani təzahürüdür.
Şahlar Həsənov
Abşeron RİH başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
9Источники
-
sesqazeti.azİnfrastruktur layihələri ölkəmizi yeni bir səviyyəyə qaldırır -ŞƏRH ( 5639116)
-
sia.azÖlkədə yeni infrastruktur layihələri uğurla həyata keçirilir! - ŞƏRH ( 5638546)
-
sfera.azBu layihələrin əsas məqsədi ölkəmizin sürətli inkişafını TƏMİN ETMƏKDİR ( 5613547)
-
demokrat.azAzərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir ( 5612518)
-
sesqazeti.azİnfrastruktur layihələri uğurla icra edilir ( 5612110)
-
azxeber.com"Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir" ( 5611669)
-
sia.azİnfrastruktur layihələri uğurla icra edilir ( 5606215)
-
ikisahil.azİnfrastruktur layihələri uğurla icra edilir ( 5604937)
-
azadmedia.azÖnəmli infrastruktur layihələri icra edilir ( 5603368)