RU

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Bavariya”nın

Bakı, 18 aprel, AZƏRTAC

“Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslərdir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Bavariya”nın futbolçusu Erik Dayer UEFA Çempionlar Liqasının 1/4 finalında “Arsenal”a qalib gələrək yarımfinala vəsiqə qazanmaları barədə danışarkən deyib.

O, bu nəticəyə görə xoşbəxt olduğunu bildirib: “Hər iki görüşdə ustalıq və böyük birlik nümayiş etdirdik. Baş məşqçimiz komandanı “Arsenal”a qarşı oyuna çox yaxşı hazırlamışdı. Onları Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi”.

Qeyd edək ki, “Bavariya” hər iki görüşün nəticəsi əsasən London təmsilçisini 3:2 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. Münxen klubunun bu mərhələdəki rəqibi İspaniyanın “Real Madrid” komandası olacaq.

Избранный
72
1
Источники
Комментарий ()
Закрывать