RU

Müəllimlərin sertifikatlaşdırılmasının vaxtı açıqlandı

Bu il üçün təhsilverənlərin sertifikatlaşdırılmasının vaxtı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirdiyi mətbuat konfransında məlumat verib.

O bildirib ki, sertifikatlaşdırma iyunun 24-də keçiriləcək.

"Bu il sertifikatlaşdırmaya 31 035 müəllim cəlb olunacaq" - E.Bağırov deyib.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
74
28
teleqraf.com

10Источники