RU

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri olacaq?

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Çeçenistan rəhbəri Ramzan Kadırovun Rusiyanın yeni daxili işlər naziri ola biləcəyi iddia edilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın "WellNews" portalı məlumat yayıb. 

Bildirilir ki, Vladimir Putinin yenidən prezident seçilməsindən sonra ölkənin Nazirlər Kabinetində ənənəvi kadr yenilənməsi gözlənilir.

Hazırda ölkədə hansı nazirin öz vəzifəsində qalacağı, hansı nazirin isə istefaya göndəriləcəyi məsələsi əsas müzakirə mövzularından biridir. 

Portal yazır ki, müzakirə olunan nazirlər arasında ölkənin hazırkı daxili işlər naziri Vladimir Kolokoltsev də var və martda "Crocus City Hall"da baş verən terror aktından sonra onun nüfuzu bir qədər sarsılıb. 

Ekspertlər tərəfindən hazırda Kolokoltsevi vəzifəsində əvəz edə biləcək əsas 3 namizədin adı hallanır ki, onlar arasında Ramzan Kadırov da var. 

Digər iki namizəd isə 2012-ci ildən hazırkı nazirin müavini Arkadiy Qostev və Rusiya prezidentinin köməkçisi, Yaroslavl vilayətinin keçmiş rəhbəri Dmitri Mironovdur. 

Bununla belə portal vurğulayıb ki, sözügedən məsələ bilavasitə olaraq ölkənin dövlət başçısının səlahiyyətində olduğundan, ekspertlər rəsmi olaraq namizədlərlə bağlı proqnoz vermirlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
51
6
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
134
BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
132
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
117
Azərbaycanda bu məhsul bahalaşdı
114
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
114
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
108
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
98
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
92
Həlak olan şəxslər sabah dəfn olunacaq
89
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
87
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
84
Helikopter qəzası ilə bağlı yeni xəbər
77
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
77
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
67
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
65
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
64
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
61
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
58
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
57
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
50