RU

Tramp Duda ilə görüşüb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Yorkda Polşa prezidenti Anjey Duda ilə görüşüb, tərəflər dörd saat ərzində Ukrayna münaqişəsini, Yaxın Şərqdəki vəziyyəti və NATO ölkələrində müdafiə xərclərinin artırılması məsələsini müzakirə ediblər.

Bu barədə Amerikanın “Politico” qəzeti yazır.

“Keçmiş prezident Donald Tramp çərşənbə günü Polşa prezidenti Anjey Duda ilə nahar edib, orada Ukrayna və Yaxın Şərqdə davam edən müharibələri, həmçinin NATO xərclərini müzakirə ediblər”, – nəşr yazıb.

Qeyd olunur ki, Tramp kampaniyası görüşlə bağlı az məlumat verib, lakin tərəflərin Dudanın müdafiə xərclərini ÜDM-in 3%-nə qədər artırmaq təklifini müzakirə etdiklərini bildiriblər.

Mənbə: Haber Global

Избранный
60
Источники
Комментарий ()
Закрывать