RU

“Biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq” adlı konfrans keçirilir - YENİLƏNİR - FOTOLAR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Sosial Tədqiqatlar Mərkəzinin Təşkilatçılığı ilə İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: “Biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq” adlı konfrans keçirilir. SİA xəbər verir ki, konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Konfransda kitab müəllifləri, deputatlar, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələri iştirak edirlər. Həmçinin "Tarixi Azərbaycan torpaqlarında maddi-mənəvi irsimiz", "Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz" adlı kitablarının təqdimatı keçirilir. Kitabların layihə rəhbəri Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Oruc, müəlliflər - STM-nin baş məsləhətçisi Əfqan Vəliyev, Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli, redaktoru Mehriban Cəfərovadır.

Müəllif: Söylü Ağazadə
Избранный
35
Источники
Комментарий ()
Закрывать