RU

“Bu layihə ölkəmiz üçün çox faydalı olacaq” - MÜNASİBƏT BİLDİRİLDİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələrinin qurumasıdır. Su qıtlığı ilə əlaqədar qənaət rejiminə keçilməsi hazırda çox aktualdır. Təkcə Azərbaycan deyil, bütün dünya içməli və şirin suvarma suyunun çatışmazlığı ilə üzləşir. Çünki dünyada baş verən münaqişələr, iqlim dəyişiklikləri, qlobal ekoloji problemlər, qarın və yağışın az düşməsi, çaylarda suyun quruması, yaşıllıqların məhv edilməsi su qıtlığına səbəb olub”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin su təminatı məsələlərinin vaxtında həll edilməsi yolunda atdığı addımlar, bu problemin aradan qaldırılması üçün 16 aprel tarixində yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində şəxsən özünün iştirak etməsi, onun bu məsələyə necə ciddi nəzarət etməsindən xəbər verir: “Cənab Prezidentin təməlqoyma mərasimində qeyd etdiyi kimi Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır. Yuxarı Şirvan kanalının inşası uzun illərə dayanır. Uzun illərdir fəaliyyət göstərməsinə baxmayaraq kanalın böyük hissəsi sıradan çıxmışdır.

Cənab Prezidentin göstərişi ilə kanal yenidən inşa ediləcək. Belə olan halda əkin sahələri də genişləndiriləcək və insanlar daha çox faydalanacaq. Əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək”.

Deputat qeyd edib ki, son illər ərzində infrastruktur layihələrin icrası bir daha onu deməyə əsas verir ki, ölkəmiz sürətlə inkişaf edir, insanların rifah halı yaxşılaşdırılır: “Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları və bu kimi layihələr öz bəhrəsini verməyə başlayır.

Prezident İlham Əliyevin Şirvan suvarma kanalının təməlqoyma mərasimində toxunduğu məsələlərdən biridə, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi oldu. Xəzər dənizinin duzsuzlaşdırılması və Azərbaycan ərazilərindən bundan istifadə edilməsi əvvəlki illərdə də aktual bir mövzu olub. Çünki, buna çox böyük ehtiyac var.Hazırda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində işlər görülür. Bu layihə həyata keçiriləndən sonra Xəzər dənizinin suyundan həm suvarma üçün, həm də içməli su kimi istifadə ediləcək”.

Ləman Sərraf

Избранный
34
27
Источники
Комментарий ()
Закрывать

Рейтинг

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
131
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
131
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
116
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
113
Azərbaycanda bu məhsul bahalaşdı
110
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
107
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
94
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
91
Həlak olan şəxslər sabah dəfn olunacaq
88
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
86
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
83
Helikopter qəzası ilə bağlı yeni xəbər
76
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
76
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
66
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
64
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
63
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
60
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
57
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
56
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
49