RU

Məscidin qarşısında yük maşını aşdı, xəsarət alanlar var - FOTO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Binəqədi-Balaxanı şosesi, Əliçıraq məscidinin qarşısında yük avtomobili aşıb.

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Mətbuat xidmətindən  Day.Az-a verilən məlumata görə, qəza səbəbindən hazırda yolun hər iki istiqamətində sıxlıq müşahidə edilir.

Yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığın qarşısını almaq üçün operativ tədbirlər görülür.

ХХХ

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Day.Az-a verilən məlumata görə, bu gün saat 08:00 radələrində Sabunçu rayonu, Balaxanı-Binəqədi yolu, "Lukoil" yanacaq məntəqəsi ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.

Hadisə nəticəsində 2 nəfər (kişi cinsli) xəsarət alıb. Müştərək travmalarla xəsarət alan şəxslər Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

  • Məscidin
  • Məscidin
  • Məscidin
  • Məscidin
Избранный
86
28
Источники
Комментарий ()
Закрывать