RU

Dünya çempionu Türkiyə nəhənginə keçir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

"Borussiya Dortmund"da çıxış edən və mövsümün sonunda klubdan ayrılmaq istəyən Marko Roys Türkiyəyə transfer ola bilər. Metbuat.az xəbər verir ki, Alman nəhəngi ilə müqaviləsi mövsümün sonunda başa çatacaq futbolçu gələn təklifləri dəyərləndirməyə qərar verib. Məlumata görə, “Beşiktaş” klubu futbolçu üçün iddialı təklif hazırlayıb. Futbolçu “Beşiktaş”ın təklifini rədd etməsə də, yekun qərarını verməyib.

Qeyd edək ki, Marko Roys bu mövsüm Dortmund "Borussiya"sında indiyədək 33 rəsmi oyuna çıxıb və bu matçların 22-də start 11-də yer alıb. Meydanda 1917 dəqiqə keçirən futbolçu 7 qol vurub və 7 məhsuldar ötürmə edib.

Избранный
152
Источники
Комментарий ()
Закрывать