RU

Romario karyerasını bərpa etdi

Braziliya millisinin sabiq üzvü Romario karyerasını bərpa edib.

KONKRET.az “Marca”ya istinadən xəbər verir ki, 58 yaşlı veteran hücumçu prezidenti olduğu “Amerika Rio-de-Janeyro”da oğlu Romarinyo ilə bir komandada oynayacaq.

Romario minimum maaş müqabilində klubla müqavilə imzalayıb.

“Amerika Rio-de-Janeyro” hazırda Braziliya D Seriyasında mübarizə aparır.

Qeyd edək ki, əfsanəvi futbolçu 2007-ci ildə karyerasını başa vurmuşdu. 1987-2005-ci illərdə Braziliya millisində çıxış edən Romario 70 oyuna 55 qol vurub. O, PSV, “Barselona”, “Valensiya”, “Flamenqo” və “Vasko Da Qama” klublarında oynayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
77
36
Источники
Комментарий ()
Закрывать