RU

Aleksey Juravlyov: “Hazırda Qarabağda sülhməramlılar lazım deyil”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Hazırda Qarabağda sülhməramlılar lazım deyil”.

Publika.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədr müavini Aleksey Juravlyov “RİA Novosti”yə açıqlamasında Rusiya sülhməramlı kontingentinin Azərbaycandan vaxtından əvvəl çıxarılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağda missiyasının başa çatdığını demək olar:

“Dinc sakinləri qorumaq mümkün oldu, onlara yardım göstərildi. Hazırda sülhməramlılar lazım deyillər, çünki Qarabağda qarşı-qarşıya olan tərəflər yoxdur. Qarabağın Azərbaycana mənsub olması isə heç kimdə şübhə doğurmur”.

Избранный
20
6
Источники
Комментарий ()
Закрывать