RU

Avstraliyada kilsəyə hücumdan sonra məscidlər təhdid edilib


Bildirilib ki, aprelin 15-də Avstraliyanın Yeni Cənubi Uels ştatının Sidney şəhərindəki Xristian The Good Shepherd Kilsəsində ibadət zamanı hücumdan sonra məscidlər hədələnib.

7NEWS.az xəbər verir ki, ABC news-un məlumatına görə, Livan Müsəlmanları Dərnəyinin katibi Qamel Xeyr verdiyi açıqlamada aprelin 15-i axşam saatlarında hücumu həyata keçirən 16 yaşlı yeniyetmənin ailəsi ilə görüşdüyünü bildirib. Xeyr yeniyetmənin atasına istinadən oğlunda ekstremizm əlamətləri hiss etmədiyini və şokda olduğunu bildirib.

7NEWS.az
Избранный
38
7news.az

1Источники