Mingəçevirdə Vətən müharibəsi iştirakçısı intihar edib. Yeniavaz.com xəbər verir ki, hadisə şəhərin Koroğlu küçəsi 23 ünvanında baş verib. Belə ki, 1997-ci il təvəllüdlü 44 günlük Vətən müharibəsi iştirakçısı Hacıyev Mircavad Hidayət oğlu yaşadığı evdə özünü asaraq öldürüb. İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.