Braziliya millisinin sabiq üzvü Romario karyerasını bərpa edib. Futbolpress.az xəbər verir ki, o, prezidenti olduğu “Amerika Rio-de-Janeyro”da oyunlara çıxacaq. D Seriyasında mübarizə aparan komandada Romarionun oğlu Romarinyo da forma geyinir. Romario 1987-2005-ci illərdə Braziliya yığmasının uğurları üçün çalışıb. O, "Barselona", PSV, "Valensiya" kimi klublarda top qovub. tags tags