RU

Çin “İpək yolu mükafatları” media müsabiqəsinin 2-ci mərhələsini elan edib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Çin

Bakı, 17 aprel, AZƏRTAC

Çin Xalq Respublikasının liderliyi ilə “Bir Kəmər, Bir Yol Xəbərlər Şəbəkəsi” (BRNN) “İpək yolu qlobal xəbər” mükafatlarının (SRGNA) ikinci mərhələsi üçün müraciətləri qəbul etməyə başlayıb.

AZƏRTAC Çin mediasına istinadla xəbər verir ki, SRGNA-nın məqsədi İpək yolunun sülh, əməkdaşlıq, şəffaflıq, inklüzivlik, qarşılıqlı öyrənmə və qarşılıqlı fayda ruhunu təbliğ edən jurnalistikanı tanıtmaqdır. O, “Bir kəmər, bir yol” təşəbbüsündə (BRI) iştirak edən ölkələrin və regionların media orqanlarını bir-birindən öyrənməyə və BRI haqqında məqalələri, reportajları, foto və videomaterialları bölüşmək üçün birlikdə işləməyə təşviq edir.

İkinci SRGNA dörd mükafat kateqoriyasına malikdir; ən yaxşı reportaj, ən yaxşı fotoqrafiya, ən yaxşı video və ən yaxşı xəbər. Hər kateqoriyada bir baş mükafatçı, dörd namizəd və 10 finalçı olacaq.

Təşəbbüsü dəstəkləyən, İpək yolu ruhunu çatdıran, sivilizasiyalar arasında dialoqu və informasiya mübadiləsini əks etdirən, ortaq gələcəyə malik qlobal icma qurmaq vizyonuna uyğun gələn və əhəmiyyətli beynəlxalq təsir göstərən əsərlər mükafatlara layiq görüləcək.

Təqdimatlar xarici media təşkilatları tərəfindən hazırlanmalıdır. Çin və xarici qurumlar tərəfindən birgə istehsal edilən media məhsulları və ya xarici platformalarda yayımlanan Çin materialları da nəzərdən keçirilə bilər.

Müraciət edənlər BRNN-nin rəsmi internet saytında (www.brnn.com) qeydiyyatdan keçməli və işləri haqqında məlumat təqdim etməlidirlər.

SRGNA-nın ilk mərhələsi 2020-ci ilin yanvarından 2021-ci ilin sentyabrına qədər keçirilib. Seçim prosesi 2022-ci ilin dekabrında başa çatıb və mükafatlandırma mərasimi 2023-cü ildə baş tutub. Beş nominasiya üzrə ümumilikdə 19 jurnalist mükafata layiq görülüb. Böyük Britaniyadan Kris Vrayt tərəfindən yazılmış “Qazaxıstan bir kəmər və bir yol təşəbbüsündə: Eyni istiqamət üzrə yol” məqaləsi baş mükafata layiq görülüb. Pakistanın “İpək yolunun dostları” klubunun rəhbəri və Pakistan-Çin İnstitutunun sədri Müşahid Hüseyn Sayed xüsusi töhfəyə görə mükafat alıb.

Bu günə qədər 109 ölkədən 261 media qurumu BRI çərçivəsində bu əsas media əməkdaşlıq platformasına qoşulub.

Избранный
108
1
Источники
Комментарий ()
Закрывать

Рейтинг

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
1366
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
1277
Azərbaycanda bu məhsul bahalaşdı
1266
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
1026
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
1026
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
1011
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
998
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
993
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
976
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
926
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
898
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
854
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
791
Helikopter qəzası ilə bağlı yeni xəbər
785
Həlak olan şəxslər sabah dəfn olunacaq
751
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
748
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
748
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
734
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
685
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
671