Üç gün öncə Naxçıvan şəhərində baş verən qəzada xəsarət alan 68 yaşlı qadın xəstəxanada ölüb.Bakıvaxtı.az-ın APA-ya istinadən məlumatına görə, şəhərin Nağı Əliyev və Cəlil Məmmədquluzadə küçələrinin birləşməsində qeydə alınan qəzada avtomobil Naxçıvan şəhər sakini, 1956-cı il təvəllüdlü Babayeva Hədiyyəbanu Baba qızını vurmuşdu.Naxçıvan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən qadın xəstəxanada ölüb.Faktla bağlı araşdırma aparılır.
- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта