RU

ADY ilə Avropa İttifaqı arasında Orta Dəhlizin inkişafına dair görüş keçirilib

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovla ölkəmizdə səfərdə olan Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Teri Hakalanın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

ADY-dən “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı ADY ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı müzakirə edilib, nümayəndə heyətinə regionda həyata keçirilən dəmiryol layihələri, işğaldan azad olunmuş ərazilərimizdə yenidən qurulan dəmiryol infrastrukturu, həmçinin Orta Dəhiz və onun artmaqda olan əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
37
12
Источники
Комментарий ()
Закрывать