RU

Sadiq Qurbanov: Bu gün dünyada su çatışmazlığı və ya sudan zəhərlənmə səbəbindən hər 8 saniyədə bir uşaq ölür

Sadiq

Bakı, 17 aprel, AZƏRTAC

İqlim dəyişiklikləri təkcə ölkələrin iqtisadiyyatına, xüsusən kənd təsərrüfatına, ətraf mühitə, biomüxtəlifliyə, qlobal qida təhlükəsizliyinə və digər sahələrə zərər vurmur, eləcə də regional təhlükəsizlik sisteminə mənfi təsir göstərir. Belə ki, getdikcə intensivliyi artan fırtına və sellər, burulğanlar yerli infrastrukturu, evləri məhv edir, dəniz səviyyəsinin yüksəlməsi isə nəticədə tamamilə su altında qala biləcək kiçik ada dövlətlərinin, bir sıra sahilboyu ölkələrin mövcudluğunu təhlükə altına salır. Bu da iqlim dəyişikliklərinin qlobal təhlükəsizlik sisteminə, insan haqlarına, beynəlxalq hüquqa aid məsələlərə də təsir göstərmiş olması anlamına gəlir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov aprelin 17-də parlamentdə keçirilən “Sağlam ailə modelinin hüquqi aspektləri-Yaşıl dünya müstəvisində” mövzusunda birgə ictimai dinləmədə deyib.

Komitə sədri bildirib ki, bu mənfi təsirlərin ölkələrarası münasibətlərin gərginləşməsi, münaqişələrin meydana gəlməsi ilə müşayiət olunma ehtimalı da var. Belə ki, həmsərhəd qonşu ölkələrdə su, meşə, qida, balıq ehtiyatlarının müştərək istifadəsi məsələlərində gərginlik yarana bilər. Gələcək nəsillərin bunlardan əziyyət çəkməməsi üçün ekoloji tǝhlükəsizlik sisteminin təmini üzrə istər siyasi, istərsə də beynəlxalq hüquq baxımından yeni vəzifələr barədə düşünülməlidir. Dünyanın sabahının necə olacağı yalnız bizdən asılıdır və bunu hər kəs dərk etməlidir.

“Bu gün dünyada su çatışmamazlığından və ya sudan zəhərlənmədən hər 8 saniyədə bir uşaq ölür”, - deyə S.Qurbanov əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
74
1
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
15192
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11569
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5286
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5211
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3640
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3197
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3181
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2971
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2701
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2661
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2367
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2251
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2249
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2187
Hidayət Heydərov dünya çempionu oldu
2017
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
1874
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1851