Cari ilin ilk rübündə Yapı Kredi Bank Azərbaycanda müştərilərə verilən kredit porfelinin həcmi 298 milyon manat olmuşdur. Belə ki, istehlak kreditləri 4% artaraq 71 milyon manat, həmçinin biznes kreditləri 187 milyon manata bərabər olmuşdur. Daşınmaz əmlak üzrə verilən kreditlər isə 16% artaraq 40 milyon manat təşkil edib.
Eyni zamanda, bankın depozit portfeli keçən ilin sonu ilə müqayisədə 7% artaraq 390 milyon manat, bankın aktivləri isə 6% artaraq 544 milyon manat təşkil edib.
Yapı Kredi Bank Azərbaycan cari ilin ilk 3 ayında Azərbaycan Mərkəzi Bank tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımı səviyyədə yerinə yetirmişdir. Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 20%, məcmu kapitalının adekvatlıq əmsalı isə 21% olmuşdur. Bankın tutulmalardan sonra məcmu kapitalı 91 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
4Источники
-
demokrat.az"Yapı Kredi Bank Azərbaycan" 2024-cü ilin birinci rübünü 2.5 milyon manat xalis mənfəətlə başa vurdu ( 5572645)
-
fed.az"Yapı Kredi Bank Azərbaycan" birinci rübü 2.5 milyon manat xalis mənfəətlə - BAŞA VURDU ( 5572315)
-
banco.azYapı Kredi Bank Azərbaycan QSC 2024-cü ilin birinci rübünü 2.5 milyon manat xalis mənfəətlə başa vurdu ( 5571472)
-
marja.az"Yapı Kredi Bank Azərbaycan" 1-ci rübü 2,5 milyon manat xalis mənfəətlə başa vurub ( 5569807)