![Rəşad](https://1news.az/images/2024/04/17/20240417111623776/thumb.jpg?2024-04-17+11%3A17%3A41)
2024-cü ilin I rübü ərzində Azərbaycanın nəqliyyat sektoru üzrə gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9% artaraq 3.154,5 milyon manat olub.
1news.az-ın xəbərinə görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün "X" sosial şəbəkəsində paylaşımında qeyd edib.
O bildirib ki, bununla da sektorun ÜDM-də payı 5,5%-dən 6,8%-ə yüksəlib.