Bakı, 17 aprel, AZƏRTAC
Bu ilin mart ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 844 min nəfərdən çox olub.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Onların 448 min nəfərdən çoxunu aylıq sosial müavinət, 395 min nəfərdən çoxunu isə təqaüd alanlar təşkil edib.