Minifutbol üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinə start verilib. Futbolpress.az xəbər verir ki, son çempion "Birbaşa Bakı" "Odlar Yurdu"nu məğlub edib - 2:0. 1/4 finalda çempionatın lideri "Zirə"ni mübarizədən kənarlaşdıran "Aznur" isə "Real Bakı" ilə heç-heçəyə razılaşıb - 2:2. Yarımfinalın cavab görüşləri aprelin 20-də olacaq.