RU

Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...

Xəbər verdiyimiz kimi, bu gün sabiq deputat Hadı Rəcəbli 76 yaşında vəfat edib.

Ölkə.Az 1995-2020-ci illər arasında parlamentdə millət vəkili kürsüsündə əyləşən H.Rəcəbli haqqında yaddaqalan məqamları təqdim edir.

Bunlardan biri onun sabiq deputat Hüseynbala Mirələmovla dostluğudur. Hələ uşaqlıq vaxtından bir parta arxasında əyşələn Rəcəbli və H.Mirələmov taleyin qismətindən sonradan da Milli Məclisin iclas zalında yanaşı əyləşiblər.

Onların hər ikisi uzun illər deputat olub. 2020-ci ildə keçirilən parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyası fevralın 13-də 4 dairənin nəticələrini ləğv edib. Bu dairələrdən ikisi - 74 saylı Lənkəran kənd seçki dairəsi və 33 saylı Xətai birinci seçki dairəsi H.Rəcəbli və H.Mirələmovun lider olduğu dairələr idi.

Deputat olduğu 25 il ərzində H.Rəcəbli bir sıra açıqlamaları ilə yadda qalıb.

Sözsüz ki, onun ən yaddaqalan çıxışı müəllimlərlə bağlı səsləndirdiyi fikirlər idi. Mərhumun 2015-ci ildə "Hadı Rəcəbli müəllimlərə fəhləlik təklif edir" başlığı ilə tirajlanan açıqlaması kəskin tənqid edilmişdi. Hətta bununla bağlı karikatura və "caps"lər hazırlanmışdı.

 "Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?”

Sabiq millət vəkili daha sonra növbəti dəfə açıqlama verərək ailə üzvlərinin çoxunun müəllim olduğunu, sözlərinin konsteksdən çıxarıldığını söyləmişdi.

Mərhum deputatın müzakirə olunan növbəti təklifi isə sosial şəbəkələrin bağlanması barədə 2018-ci ildə dedikləri idi.

Hadı Rəcəbli sosial şəbəkələr üzərindən Azərbaycan əleyhinə aparılan kampaniyanın qarşısını almaq üçün belə bir təklif irəli sürmüşdü.

“Bəzi texniki məsələlər var ki, ona qarşı mübarizə aparmaq hələ ki çətin görünür. Amma bir çox inkişaf etmiş ölkələrdə təhqirə və böhtana, dövlət və onun atributlarına qarşı təxribatlar yayıldığı üçün həmin saytlar və sosial şəbəkələr dərhal bağlanılır. Düşünürəm ki, artıq Azərbaycanda da bu addımları atmaq lazımdır”, - Hadı Rəcəbli Ölkə.Az-a bildirib.

O, daha sonra yenə də sözlərinin təhrif edildiyini demişdi.

Sabiq deputat 2018-ci ildə doğum günündə verdiyi müsahibəsində "Ömrümün elə bir vaxtıdır ki, xoş sözlərə, günlərə ehtiyacım var" sözləri də nədənsə xeyli müzakirə olunmuşdu. 

H.Rəcəblinin 2016-cı ildə Milli Məclisdə ailə ilə bağlı səsləndirdiyi fikirlər də birmənalı qarşılanmayıb.

"Ailənin təməli xanımdır. Xanımın ailədəki yeri və rolu məsələsini biz qabartmalıyıq. 
Bu gün ailədə qızı sabahın gəlini, anası və qayınanası kimi tərbiyə etməyi bacarmalıyıq. Oğlanları gələcəyin atası, ailə başçısı və qayınatası kimi tərbiyələndirməliyik. Təəssüf ki, hələ də evə gələn bəzi gəlinlərin qab yuya bilmədiyini, yumurta bişirə bilmədiyini görürük. Bəzi oğlanlar da var ki, əli əlinin üstündə oturub ailəyə sahibliyi qadın edir", - H.Rəcəbli bildirib.

2017-ci ildə deputatın yerli mətbuata açıqlamasında "insanların ömrü uzanıb", "pensiya yaşının qaldırılmasının ziyanlı tərəfi yoxdur" sözləri də xeyli danışılmışdı.

2018-ci ildə Milli Məclisin iclasında yaşayış minimumu və ehtiyac meyarı haqqında qanun layihələrinin müzakirəsi zamanı Hadı Rəcəblinin “143 manata bir ay normal yaşamaq olar” dediyi iddia edilirdi.

Bu xəbərdən sonra tənqid hədəfinə çevrilən deputat onun adından yayılan məlumatın həqiqəti əks etdirmədiyini söyləmişdi.

2020-ci ildə deputatın karantin qaydalarını pozaraq nəvəsinə 150 nəfərlik toy etməsi barədə yazılanlar da H.Rəcəblini qəzəbləndirmişdi. Belə bir toyun baş tutmadığını deyən sabiq deputat "bir az mənə imkan verin, istirahət edim, nə olar” sözlərini demişdi.

Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovun xanım köməkçisinə qarşı qeyri-etik videogörüntüsü yayılmasından sonra H.Rəcəbli yaxın dostunun müdafiəsinə qalxmışdı.

Onun "Hazırda Hüseynbala müəllim oruc tutur. Belə bir videonun yayılması ancaq montaj ola bilər” sözləri də dildən-dilə düşmüşdü. 

Billurə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
45
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
19946
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12000
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5396
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
5325
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5320
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3790
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3361
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3247
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3070
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2816
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2722
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2673
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2383
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2286
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2031
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1948