"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/4 finalında "Borussiya"ya (Dortmund) məğlub olduqları oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, argentinalı mütəxəssis 2:4 hesabıyla başa çatan matçla bağlı bunları deyib:
"Hər şey istədiyimiz kimi getirdi. Sona qədər mübarizə apardıq, amma alınmadı. 0:2 hesabıyla geri düşəndən sonra reaksiya göstərə bildik, hesabı bərabərləşdirdik. Lakin sonra "Borussiya" əlinə düşən şansdan maksimum yararlandı. Oyunçularım çox çalışdılar, əllərindən gələni etdilər. Deyəcək çox söz yoxdur".