- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
Qazaxıstanda daşqınlar nəticəsində 5,8 mindən çox fərdi yaşayış binası su altında qalıb.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Hazırda 5 rayonda 5837 fərdi yaşayış binası, 1353 həyətyanı sahə və 3124 bağ evi su altında qalıb. Daşqın dövrü başlayandan xilasedicilər tərəfindən 116 949 nəfər, o cümlədən 40 781 uşaq təxliyə edilib. Müvəqqəti yerləşdirmə mərkəzlərində 6950 nəfər var", - deyə rəsmi məlumatda bildirilib.
Humay İSGƏNDƏRLİ
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.