RU

Muzey Mərkəzinin Sərgi Qalereyası Pərviz Abbasovun fərdi sərgisini təqdim edəcək

Bakı, 17 aprel, AZƏRTAC

Muzey Mərkəzinin Sərgi Qalereyasında Pərviz Abbasovun müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli xadimi, şair Əliağa Vahidə həsr olunmuş “Biz kimik, məclis onun məclisidir” adlı fərdi sərgisi keçiriləcək. Sərgidə rəssamın 80 rəsm əsəri, 20 illüstrasiya və 13 heykəltəraşlıq əsəri nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, sərginin açılışı aprelin 26-da olacaq. Əvvəlcə Əliağa Vahidin həyatından bəhs edən "Qəzəlxan" filmindəki fraqmentin nümayişi ilə başlayacaq orijinal şou nümayiş olunacaq, şouda Pərviz Abbasovun sərgisinin adında öz əksini tapan "Biz kimik, məclis onun məclisidir" qəzəlinin sətirləri səslənəcək. Bu filmin musiqisi fonunda tamaşaçıların gözü qarşısında rəssamın yaratdığı personajlar canlandırılacaq.

Pərviz Abbasov müasir Azərbaycan incəsənətini təmsil edən istedadlı gənc rəssamlardan biridir. O, 2019-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Bir çox sərgi və müsabiqələrin iştirakçısıdır. Rəssamlıq, heykəltəraşlıq və illüstrasiya sahəsində çox maraqlı bədii üslubla fərdi yaradıcı yanaşmanı əks etdirən çoxsaylı əsərlərin müəllifidir.

Sərginin ideyası qədim Bakının ruhunu və ənənələrini qoruyub saxlamaqdır. Ekspozisiyada təqdim olunan əsərlərin hər biri tamaşaçını zaman səyahətinə göndərərək, qədim Bakının xatirə yerlərini özündə cəmləşdirir. Pərviz Abbasovun Bakıya və onun ənənələrinə olan məhəbbəti əsərləri təkcə mövzu üzrə deyil, həm də rəsm üslubu və texnikası üzrə tamamlayır. "Mərdəkan", "Bilgəh", "Sadə axşamlar" kimi əsərlərdə keçmiş zamanın toy ənənələri, nərd oynayan Bakı sakinləri, şəhərin küçələri təsvir edilib.

Pərviz Abbasovun illüstrasiyaları mövzu və texnika baxımından da az diqqət çəkmir. Onun yaratdığı nümunələrdə müəllifin müxtəlif mövzulara müraciətini də müşahidə etmək olar. Rəssamın kompozisiyalarında aparıcı yeri rəssamın mənzərəli süjetlərində ən çox əks olunan kollaj və quraşdırma elementləri tutur.

Pərviz Abbasovun qəzəl janrının xadimi, şair Əliağa Vahidə həsr olunan "Biz kimik, məclis onun məclisidir" adlı fərdi sərgisi aprelin 30-dək davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
168
26
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
16606
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11695
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5323
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5237
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3681
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3227
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3198
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2993
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2727
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2663
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
2494
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2456
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2369
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2255
Hidayət Heydərov dünya çempionu oldu
2021
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1879