RU

Millimiz yenə Gürcüstana uduzdu

Futzal üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirib. 

Bizim.Media xəbər verir ki, yığmamız beynəlxalq yoldaşlıq oyununda Gürcüstanla qarşılaşıb. 

Görüş Tbilisi İdman Sarayında baş tutub və yığmamızın Gürcüstan toplanışında ikinci sınağı olub. İki gün əvvəl rəqibinə uduzan Vitali Borisovun yetirmələri bu dəfə meydanı məğlub tərk ediblər. 

Fasiləyədək hesab açılmasa da, 2-ci hissədə gürcülər hesabı açıblar. Millimiz hesabı bərabərləşdirsə də, sona yaxın rəqib 2-ci dəfə fərqlənib - 2:1. 
Qeyd edək ki, ilk matç Gürcüstan komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Yoldaşlıq oyunu

16 aprel

19:00. Gürcüstan – Azərbaycan - 2:1

Tbilisi İdman Sarayı

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
144
20
bizim.media

10Источники