"Onlar indi alternativ mənbələr axtarırlar, lakin problem qiymətdə və təklif olunan şərtlərdədir. Və bu, dərhal baş verə bilməz, ən azı 6-8 il lazımdır”, - Knaysl Avropanın Rusiya qazına alternativ axtarırmı sualına cavab verərkən deyib.
Avstriyanın keçmiş xarici işlər naziri Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə də toxunaraq, Rusiya iqtisadiyyatının bu qədər itkiyə məruz qalmadığını qeyd edib.
"Sanksiyalar Rusiya şirkətlərini təkbaşına həll yolları axtarmağa məcbur etdi. Rusiya yenidən resursların ixracı ilə birbaşa əlaqəsi olmayan sahələrdə liderdir”, - Avstriyanın keçmiş rəsmisi bildirib.
Gülnar
www.anews.az