RU

Elektrik enerjisini xarici ölkələrə 9,6 qəpiyə, özümüzə isə 10 qəpiyə satırıq


Bu ilin yanvar-mart ayları ərzində Azərbaycandan xarici ölkələrə 718 milyon 122,16 min kVt/saat elektrik enerjisi ixrac edilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, xaricə satılan elektrik enerjisinin gömrük dəyəri 40 milyon 568 min dollar olub. Nəticədə xaricə satılan 1 kVt/saat elektrik enerjisinin gömrük dəyəri 5,6 sent və ya mövcud məzənnə ilə (1$/1,7azn) hesablandığı zaman 9,6 qəpik təşkil edib.
Bu isə daxili bazarda satılan elektrik enerjisinin qiymətindən ucuzdur.
Bildiyimiz kimi, elektrik enerjisinin daxili bazardakı qiyməti 8 (200 kVt/saat-a qədər), 9 (200- 300 kVt/saat olduqda) və 13 qəpiyə (300 kVt/saat-dan artıq olduqda) bərabərdir. Bu isə o deməkdir ki, ölkə daxilində elektrik enerjisinin orta tarifi 10 qəpik təşkil edir.

Elnur Əli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
71
11
yeniavaz.com

10Источники