Martın 10-da keçirilmiş (IX sinif üzrə) buraxılış imtahanında Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə 2 şagird maksimum nəticə göstərib.
AzEdu.az Təhsil Portalı həmin şagirdlər barədə məlumatları təqdim edir. Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki Qax şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri Humay Harunova və Ayşən Nəzirova 300 bal toplayıblar.
Bununla da region üzrə maksimum nəticə göstərən şagirdlərin sayı ümumilikdə 8 nəfərə çatıb.
Həmin şagirdlərin fotolarını təqdim edirik.