RU

Slovakiya Ukraynanın NATO-ya qəbuluna qarşıdır

Slovakiya Ukraynanın NATO-ya qəbulunun əleyhinə olacaq.Bu barədə ölkənin baş naziri Robert Fiko mətbuat konfransında bildirib. “Ukrayna: “Biz NATO-ya üzv olmaq istəyirik” deyə bilər. Bu, onların sərbəst qəbul etdiyi qərar olacaq. Ukraynanın NATO-ya qəbulu ilə bağlı sənədləri parlamentdə ratifikasiya etməyəcəyimizi deyirik, çünki Slovakiyaya neytral Ukrayna lazımdır. Ukrayna NATO-ya üzv olarsa, Slovakiyanın maraqları təhlükə altına düşəcək”, - deyə Fiko bildirib.

Bu arada Slovakiya Ukraynanın Avropa Birliyinə qəbul edilməsi ideyasını dəstəkləyib. Fiko Brüssel və Kiyev arasında danışıqların mümkün qədər tez başlamasının tərəfdarıdır:

“Slovakiya bunda maraqlı olan bütün dövlətlərlə dostluq münasibətlərini inkişaf etdirmək siyasətini həyata keçirəcək. Bu, özü kimi kiçik ölkələrin beynəlxalq aləmdə suveren maraqlarının maksimum dərəcədə reallaşdırılmasını təmin edəcəkdir”.

AzVision.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
2
azvision.az

3Источники