Rusiyada miqrantların “etnik anklavlar” yaratmaq cəhdlərini dayandırmaq lazımdır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Arxangelskdə keçirdiyi müşavirədə bildirib.
Onun sözlərinə görə, qeyri-qanuni miqrasiya terrorizm və ekstremizm üçün baza olaraq qalır.
"Rusiyanın şimal-qərbində ona qarşı mübarizəni gücləndirmək, etnik anklavlar yaratmaq cəhdlərinin qarşısını almaq lazımdır", - deyə Patruşev vurğulayıb.