- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
Meksikanın Koyoakan bölgəsində helikopter qəza edib.
BiG.AZ xəbər verir ki, hadisə nəticəsində pilot da daxil olmaqla 3 nəfər ölüb.
Qəzadan sonra yanğın baş verib.
Bölgəyə axtarış-xilasetmə qrupları cəlb olunub.
Hadisə şahidlərinin sözlərinə görə, pilot son anda manevr edib ki, helikopter yaşayış məntəqəsinə düşməsin.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.