Masazır qəsəbəsində evdən oğurluq edilib.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, aprelin 14-də qəsəbədəki evlərin birindən 8900 manat pul və 85 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Abbas Tağıyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Telegram kanalımız