Bakı. Trend:
Abşeronda evdən külli miqdarda oğurluq olub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumatyayıb.
Bildirilib ki, aprelin 14-də Masazır qəsəbəsindəki evlərinbirindən 8900 manat pul və 85000 manat dəyərində qızıl-zinətəşyalarının oğurlanması barədə Abşeron Rayon Polis İdarəsinəməlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlindəşübhəli bilinən Abbas Tağıyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.