RU

Naftalanda narkotik satan və alan şəxslər saxlanılıblar

Bakı, 16 aprel, AZƏRTAC

Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Baloğlan İsmayılov saxlanılıb. Üzərindən marixuana aşkarlanan şəxs narkotik vasitəni Azər adlı həmyerlisindən aldığını bildirib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, davam etdirilən tədbirlər nəticəsində B.İsmayılova narkotik vasitəni satan Naftalan şəhər sakini Azər Rüstəmov da saxlanılıb. Üzərindən marixuana aşkar edilən A. Rüstəmov isə ifadəsində narkotik vasitəni Mingəçevir şəhər sakini Fəqan adlı şəxsdən aldığını bildirib. Tədbirlərin davamı olaraq Fəqan Əliyev də saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərindən də narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb

Faktlarla bağlı cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
66
20
azertag.az

10Источники