RU

"Bayer Leverkuzen" ilk Almaniya çempionluğunu qazandı

Almaniya Bundesliqasının 29-cu həftəsində “Verder”i 5:0 hesabı ilə məğlub edən “Bayer Leverkuzen” liqanın bitməsinə 5 həftə qalmış çempionluğunu elan edib.BayArenada keçirilən matçda "Bayer Leverkusen" "Werder Bremen"i 5:0 hesabı ilə məğlub edərək, liqanın yekunlaşmasına 5 həftə qalmış çempionluğunu elan edib.Çempionat matçında Xabi Alonsonun komandasına qələbə gətirən qolları 25-ci dəqiqədə Viktor Boniface, 60-cı dəqiqədə Qranit Xaka, 68, 83 və 90-cı dəqiqələrdə Florian Virtz vurub.Ardıcıl 10-cu qələbəsi ilə xalını 79-a yüksəldən "Bayer Leverkuzen" ən yaxın izləyicisi "Bavariya"nı 16 xal qabaqlayaraq, liqanın yekunlaşmasına 5 həftə qalmış çempionluğunu elan edib.Bununla da "Bayer Leverkuzen" 119 illik klub tarixində ilk Bundesliqa çempionluğunu qazanaraq tarixi uğura imza atıb.“Qırmızı-qaralar” ardıcıl 11 il çempion olan “Bavariya”nın hegemonluğuna da son qoyub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
141
17
afn.az

10Источники