RU

Qəzadan sonra susdurulmaq: “Hər detalı görməyən insan sonra depressiyaya düşür” - MÜSAHİBƏ + FOTO

“Avtoqəza baş verən yerdə hər detalı görməyən insanlar sonradan dəhşətli natamamlıq yaşayırlar. Nəticədə onlar suallarına cavab tapa bilmirlər və bu da gətirib depressiyaya çıxarır”.

Bunu seher.media-a müsahibəsində psixoloq Vəfa Rəşidova deyib. Psixoloq günümüzdə getdikcə artan problem - avtoqəzaların insan beynində yaratdığı fəsadlardan danışıb. Qəzalarla bağlı ən üzücü statistika, adətən, bayram tətillərinə təsadüf edir. İstirahətə köklənən insanların ani diqqətsizliyi bir ömür unuda bilməyəcəkləri hadisələrə yol açır. Məsələn, bir öncəki bayram tətili ərzində - martın 20-dən 27-dək respublika ərazisində 39 yol-nəqliyyat hadisəsi baş verib, həmin qəzalarda yeddi nəfər həyatını itirib.

Psixoloqun fikrincə, avtoqəza insan hafizəsində uzun müddət qalan travmalardan hesab olunur:

- Yol-nəqliyyat hadisələri güclü fobiya yarada bilər. İnsan nəinki qəzadan sonra avtomobil idarə etməkdən çəkinir, çox vaxt avtobusa, hətta etibar etdiyi birinin maşınına da əyləşə bilmir. Qəza anını dəfələrlə yada salaraq təkrarlanacağından qorxur. Qəza keçirmiş insanda digərlərinə nisbətən üç-dörd dəfə artıq həyəcan, təşviş pozuntuları yaranır. Həmin şəxs bunu digər insanlara da ötürür və o qorxunu gözündə adiləşdirməyənə kimi bu hal davam edir.

- Bəzən insanlar posttravmatik sindrom yaşadıqlarının fərqində olmurlar. Bəs bu onların hansı hərəkətlərində özünü büruzə verir?

- Həyəcan-təşviş pozuntusu zamanında korreksiya olunmursa, o zaman posttravmatik stres yaşana bilir. Bu zaman insan yol keçərkən qorxur, avtobus, taksi sürücülərinə diqqət edir. Qəzaya düşdüyü andakı sürücünün keyfiyyətləri ilə eyniləşdirir.

- Böyüklər və uşaqlar bu qorxunu eyni cür büruzə verirlər, yoxsa hansısa fərq olur?

- Qorxu hər yaşda qorxudur, lakin buna reaksiyalar fərqlidir. Uşaqlar qorxularını səsli şəkildə ifadə edə bilirlər. Böyüklər isə qorxularını daxillərində basdıra bilirlər və bu daha təhlükəlidir.

- Ağır qəza törədən, yaxud qəza zamanı əzizlərini itirən insanlara ilk məqamlarda necə yardım etmək olar? Hansı sözlər, yaxud hərəkətlər onları dərin depressiyaya düşməkdən xilas edə bilər?

- Qəzadan sonra həmin insanların bağırıb, ağlayıb sakitləşmələrinə şərait yaratmaq lazımdır. Onları susdurmaq, hadisə yerindən uzaqlaşdırmaq məhz posttravmatik stressə yol açan səbəblərdir. Hisslərini yetərincə yaşaya bilməmək dərin depressiyaların yaranmasına və uzunmüddətli olmasına gətirib çıxarır. Hadisə yerində hər detalı görməyən insanlar sonradan dəhşətli natamamlıq yaşayırlar. Nəticədə onlar suallarına cavab tapa bilmirlər və bu da gətirib depressiyaya çıxarır.

- Qəza törədən, qəzaya düşən şəxslərin əksəriyyəti sonradan avtomobil sürməkdən imtina edir, sürücülük vəsiqəsi olmayanlar isə hətta öyrənməyə də cəhd etmirlər. Bunu necə aradan qaldırırlar?

- Qəzadan sonra belə hal yaşandıqda mütləq psixoloji dəstək alınmalıdır. Əks halda insanlar ömürlərinin sonuna qədər qorxu və imtinalarla yaşaya bilirlər.

- Sizcə, avtoqəza hadisələrindən sonra psixoloji dəstək alınmasını məcburi etməyə ehtiyac varmı?

- Bu elə bir mövzudur ki, şəxsin razılığının olması mütləqdir. Əgər terapist və ya ailə üzvləri həmin şəxsi məcbur edirlərsə, bu korreksiya, əlbəttə ki, effektiv olmayacaq. Şəxs yalnız özü bu travmadan qurtulmaq istədikdə sağala bilər.

Alidə Məmmədova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
192
3
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23010
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14443
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
14319
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11369
Helikopterin qalıqları tapılıb
9069
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8003
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7014
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6663
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5177
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4857
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
4374
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4103
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3859
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3553
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2809
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2085
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1663
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1625
Azərbaycan nefti ucuzlaşdı
1619
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1359