RU

"İran İsrailin zərbələrinə cavab vermək hüququnu özündə saxlayır" - Səfir

İran müharibə zonasını genişləndirmək istəmir, lakin İsrailin Suriyadakı İran konsulluğuna hücumuna cavab vermək hüququnu özündə saxlayır.

Redaktor.az "gazeta.ru"ya istinadən xəbər verir ki, bunu İranın Rusiya Federasiyasındakı səfiri Kazem Cəlali keçirdiyi mətbuat konfransında deyib.

“Biz cavab vermək hüququmuzu özündə saxlayırıq, lakin İran liderinin qeyd etdiyi kimi, şillə vaxtında vurulacaq. Silahlı Qüvvələrin Baş Qərargah sədrinin dəqiq dediyi kimi, təşəbbüs İran silahlı qüvvələrinin əlində olacaq”, - Cəlali bildirib.

Onun sözlərinə görə, Tehran vaxtı, tarixi və necə cavab verəcəyini bildirəcək.

İran səfiri həmçinin bildirib ki, İran indiyə qədər “münaqişə və müharibə zonasını” genişləndirmək istəmədiyini sübut edib.

Xatırladaq ki, aprelin 1-də İsrail aviasiyası Dəməşqdəki İran konsulluğunu atəşə tutub. Həticədə konsulluğun hərbi müşavirləri - 2 general və 5 zabit həlak olub.

T.İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
202
36
Источники
Комментарий ()
Закрывать