RU

Ermənistan ordusunda YENİ NİZAMNAMƏ

Ermənistan silahlı qüvvələrinin yeni daxili xidmət nizamnaməsi olacaq, bununla bağlı müvafiq qanun layihəsi hazırlanır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi bildirib.

Yeni nizamnaməyə keçid orduda ümumi islahatlar çərçivəsində həyata keçiriləcək. Məlumata görə, nizamnamənin yekun variantı hələ hazır deyil, lakin bəzi detallar artıq məlumdur. Orada xüsusilə, "Ura!", "Yaşasın!" təntənəli nidasının dəyişdirilməsi nəzərdə tutulur. Eyni zamanda, müəlliflər hərbçi öz rəislərinə müsbət və ya mənfi cavab verdikdə “Elədir ki var” və “Heç bir halda yoxdur” sözlərini dəyişməyi planlaşdırmırlar.

Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi hərbi qulluqçular üçün yeni geyim formasının tətbiqi ilə bağlı planlarını açıqlamışdı. Burada da NATO standartlarının nəzərə alınacağı qeyd olunub.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
94
12
musavat.com

10Источники