RU

"Üç gündür qışqırığım, ağlamağım kəsilmir"

Xəbər verdiyimiz kimi, səhhətində problem yaranan Xalq artisti naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilmişdi. 

Milli.Az bildirir ki, aktrisa Axşam.az-a açıqlamasında hazırda vəziyyətinin yaxşı olduğunu deyib. O bildirib ki, evə buraxılıb:

"Müalicələrim evdə davam edir. Xəstəxanada qalmaq istəmədim. Öz istəyimlə məni evə buraxdılar. Çünki orada qala bilmirəm, ürəyim sıxılır. İndi bilmirəm necəyəm, hələ ki, müalicə alıram. Heç xəstəliyimin səbəbini də bilmirəm".

Qeyd edək ki, aktrisa "Üç gündür qışqırığım, ağlamağım kəsilmir. Ağrı içində ölürəm, hərarətim düşmür. Təcili tibbi yardım çağırmışam. Deyirlər infeksiya var. Amma məni xəstəxanaya aparmaq istəmirlər" sözlərini demişdi. 

TƏBİB-dən verilən məlumata görə, Xalq artisti ilə əlaqə yaradılıb, ona zəruri tibbi xidmətin göstərilməsi üçün tibb müəssisəsində müalicəyə cəlb olunması təklif edilib. N.Allahverdiyeva TƏBİB-in tabeliyində fəaliyyət göstərən Nizami Tibb Mərkəzinə aparılıb, ona zəruri həkim baxışı və müayinələr təyin edilib. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
143
30
Источники
Комментарий ()
Закрывать