RU

İqlim dəyişikliyi göstəriciləri rekord həddə çatıb - Qlobal böhrana qarşı mübarizə necə aparılır?VİDEO

2023-cü ildə iqlim dəyişikliyi göstəriciləri rekord həddə çatıb. Ümumdünya Meteorologiya Təşkilatının hesabatı təsdiq edir ki, 2023-cü il tarixdə ən isti il olub.

Dünyaya “qırmızı xəbərdarlıq” göndərilən hesabatda qeyd edilir ki, iqlim dəyişikliyi təkcə temperaturun artması ilə deyil, 2023-cü ildə okeanlarda görünməmiş istiləşmə, buzlaqların əriməsi ilə də müşahidə edilib. Okean səthinin 90 faizindən çoxu 2023-cü il ərzində isti dalğalarının təsiri altında olub. 

Xezerxeber.az-ın məlumatına görə, mövzuya münasibət bildirən ekoloq Rövşən Abbasov deyib ki, sənaye inqilabı ilə atmosferə atılan istixana qazlarının artması karbon qazının miqdarını artırıb. Bu isə Yer kürəsinin istilik balansını pozur və qlobal istiləşməyə səbəb olur.

Yer kürəsində istehsal olunan ərzağın böyük bir hissəsi suvarma əkinçiliyindən gəlir. Suyun olmaması ərzaq qıtlığına, bahalaşmaya gətirib çıxarır. Digər tərəfdən, istiliyin armtası biomüxtəlifliyə təsir edir. 

Ekoloq Amin Məmmədov isə deyib ki, bu gün bərpa olunan enerji istehsalı karbonsuzlaşdırma məqsədlərinə çatmaq potensialına görə iqlim dəyişikliyi ilə mübarizədə ön sıralara yüksəlib. Azərbaycan da artıq iqlim dəyşikliyinin qarşısını almq üçün töhfəsini verir. Ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29 da bunun tərkib hissəsidir

Qeyd edək ki, dünya miqyasında kəskin qida çatışmazlığı ilə üzləşən insanların sayı iki dəfədən çox artaraq, 78 ölkədə 333 milyona çatıb. Burada ekstremal hava və iqlim şəraiti vəziyyəti daha da ağırlaşdıran amillər kimi qeyd edilir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
269
6
xezerxeber.az

7Источники