RU

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinə press-tur təşkil edilib - FOTOLAR

 

 Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ölkənin aparıcı media orqanlarının nümayəndələri üçün Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası (MR) İdarəsinə press-tur təşkil edilmişdir.

FED.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Naxçıvan şəhərində yerləşən Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoymuşlar. Sonra Ulu öndərin adını daşıyan muzeydə Ümummilli liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olmuşlar.

Daha sonra yerli televiziya və mətbuat nümayəndələri üçün Mərkəzi Bankın Naxçıvan MR İdarəsinə press-tur təşkil edilmişdir. Jurnalistlər İdarənin fəaliyyəti, onun struktur bölmələri yaxından tanış olmuşlar. Media nümayəndələrinə Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin əməkdaşları tərəfindən təqdimatlar keçirilmişdir. Təqdimatlar zamanı muxtar respublikada bank-maliyyə institutlarının inkişafı və maliyyə savadlılığının artırılması istiqamətində görülən işlərdən bəhs edilmişdir. Tədbir iştirakçıları həmçinin İdarənin yerinə yetirdiyi funksiyalara, eləcə də muxtar respublikanın sosial-iqtisadi həyatındakı əhəmiyyətli roluna dair mühüm məqamlarla tanış olmuşlar.

Mərkəzi Bankın Naxçıvan MR İdarəsinə press-turdan sonra jurnalistlər Naxçıvan Dövlət Universitetində olmuş və universitetin fəaliyyəti barədə onlara ətraflı məlumat verilmişdir.

MərkəziMərkəziMərkəziMərkəziMərkəziMərkəziMərkəziMərkəzi
Избранный
605
6
fed.az

10Источники