RU

Ən bahalı futbolçuların qiymət siyahısı yeniləndi

Dünyanın ən bahalı futbolçularının yeni siyahısı açıqlanıb.

Valyuta.az xəbər verir ki, məşhur “Transfermarkt” portalı yeni suyahıya 114 futbolçunun adını daxil edib. Futbolçuların bu siyahıya düşməsi üçün ən azı 50 milyon avro bazar dəyəri olmalıdır. 

Siyahıdakı futbolçulardan 57-si İngiltərə Premyer Liqasında, onlardan 11-i isə “Mançester Siti”də çıxış edir. Qalanları İspaniya La Liqası (19 oyunçu), Bundesliqa (14), İtaliya A Seriyası (12) və Fransa Birinci Liqasında(10) forma geyinir. Portuqaliya Liqası  və Braziliyanın  A Seriyasından isə hərəsindən bir oyunçu var. Bu oyunçular “Sportinq”dən  Viktor Qyökeres və  "Palmeyras"da çıxış edən, ancaq “Real”a məxsus olan Endrikdir. Endrik siyahıda Avropada oynamayan yeganə futbolçudur. 

Reytinqdə ilk “üçlük”də “Mançester Siti”dən Erlinq Haland, “Real”dan Cud Bellinqem və PSJ-dən Kilyan Mbappe yer alır. Hər üç futbolçu 180 milyon avro olaraq dəyərləndirilib. Dördüncü pillədə isə “Real”ın digər aparıcı futbolçusu Vinisius Junior dayanıb. Braziliyalının qiyməti 150 milyon avrodur. 

Top-100-ün ən gənc oyunçusu "Barselona" dan 16 yaşlı  Lamin Yamaldır (75 milyon avro). İkinci ən gənc oyunçu isə Endrikdir (55 milyon avro). Siyahıdakı ən “qoca” futbolçu 32 yaşlı Kevin De Brüynedir (60 milyon avro).

Bazar dəyərinə görə ən bahalı futbolçuların siyahısında ilk “onluq” aşağıdakı kimidir.

Cud Bellinqem (“Real”, İspaniya) - 180 milyon avro
Erlinq Haland (“Mançester Siti”, İngiltərə) - 180 milyon avro
Kilyan Mbappe (PSJ, Fransa) -  180 milyon avro
Vinisius Junior (“Real”, İspaniya) - 150 milyon avro
Bukayo Saka (“Arsenal”, İngiltərə) - 130 milyon avro
Fil Foden (“Mançester Siti”, İngiltərə) - 130 milyon avro
Florian Virtz (“Bayer”, Almaniya) - 110 milyon avro
Camal Musiala (“Bavariya”, Almaniya) - 110 milyon avro
Deklan Rays (“Arsenal”, İngiltərə) - 110 milyon avro
Viktor Osmihen (“Napoli”) - 110 milyon avro

Elmir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
216
38
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
33030
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23957
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18500
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14780
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11579
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
11000
Helikopterin qalıqları tapılıb
10791
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7643
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6849
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6247
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5615
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5418
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4532
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4306
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3812
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3251
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
2760
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2298
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2082